Bakıda Beynəlxalq Şahmat Festivalı keçiriləcək.
Sportarena.az xəbər verir ki, qurumun, həmçinin, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Baku Open 2023” paytaxtda olacaq.
Mərhum prezident Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan turnir “Baku Crystal Hall”da olacaq.
Festivalda şahmatçılar reytinqə uyğun olaraq üç qrup üzrə (A, B və C) mübarizə aparacaqlar. Hər üç qrupda yarış İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq.
Turnirin ümumi mükafat fondu 55 000 ABŞ dolları təşkil edir. Yarışın A qrupunun qalibi 12 000 dollar və xüsusi hazırlanan kuboku qazanacaq. C qrupunda hər yaş üzrə qaliblər Rumıniyada keçiriləcək yeniyetmələrin Avropa çempionatına ezam ediləcəklər.
Yarışda ilk tur mayın 4-də saat 14:30-da başlayacaq. Festivala mayın 12-də yekun vurulacaq.