FİFA dəyişikliklərə hazırlaşır - DÇ-2026 ilə bağlı

19:30 14 Mart 2023

FİFA 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının formatını dəyişə bilər.

 

Sportarena.az xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.

 

ABŞ, Meksika və Kanadada keçirilməsi nəzərdə tutulan turnirdə əvvəlki illərdə olduğu kimi, 32 yox, 48 komanda iştirak edəcək. Eyni zamanda, DÇ-2026-nın 39 gün davam edəcəyi bildirilib. Bu müddətdə isə 104 qarşılaşma keçiriləcək.

 

FİFA-nın növbəti dünya çempionatı ilə bağlı ideyasına əsasən, 16 qrupun hər birində üç milli komanda olmaqla yığmalar pley-off mərhələsinə çıxmaq uğrunda mübarizə aparacaq. Növbəti mərhələyə birinci və ikinci yerləri tutan komandalar vəsiqə qazanacaq. Lakin üç komandadan ibarət qrupların əhəmiyyətli çatışmazlığı son tur həyəcanının olmamasıdır.

 

Başqa versiyaya görə, dörd komandadan ibarət 12 qrup formalaşdırıla və nəticədə, səkkiz yığma pley-offa adını yazdıra bilər.

 

Turnirdən öncə tətilin 23 gündən 16 günə qədər azaldılması əlavə oyun həftəsinin yaranmasına səbəb olacaq. Bu, yayda keçirilən dünya çempionatları ilə müqayisədə az, DÇ-2022 ilə müqayisədə isə iki dəfə çoxdur.


Digər xəbərlər

Xəbər xətti