Türkiyənin "Beşiktaş" klubu mövsümlərarası fasilədə heyətini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.
Sportarena.az xəbər verir ki, İstanbul təmsilçisi yayda "Everton"la müqaviləsi başa çatan Abdulay Dukureni gündəminə alıb. "Qara qartallar" azad agent statusunda olacaq malili yarımmüdafiəçi ilə danışıqlara başlayacaq.
Abdulay Dukure "Everton"a 2020-ci ilin yayında "Uotford"dan transfer olunub. 30 yaşlı futbolçu cari mövsümdə Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 19 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.