Azərbaycanlı referi Türkiyə Super Liqasında debüt edib

20:51 14 Mart 2023

Azərbaycanlı futbol hakimi İsa Məmmədov qadınlar arasında Türkiyə Super Liqasında debüt edib.

 

Sportarena.az xəbər verir ki, gənc referi "Ankara Böyükşehir Belediyesi" - "Trabzonspor" oyununun baş hakimi olub.

 

Paytaxt təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatan matçda Azərbaycan millisinin iki üzvü meydana çıxıb. Bunlar Ankara klubundan müdafiəçi Ayşən Əhmədova, qonaq komandadan isə qapıçı Aytac Şərifovadır.

 

Qeyd edək ki, İsa Məmmədov hakimliyə 2021-ci ildə Türkiyənin həvəskar liqasında başlayıb.


Digər xəbərlər

Xəbər xətti