"Sumqayıt" milli komandanın üzvü ilə müqaviləni uzadıb

21:23 14 Mart 2023

"Sumqayıt" komandası futbolçusu Səbuhi Abdullazadə ilə müqavilənin müddətini uzadıb.

 

Sportarena.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi ilə 2025/2026 mövsümünün sonunadək sözləşmə imzalanıb.

 

Futbola 2011-ci ildə “Sumqayıt” Futbol Akademiyasında başlayan Abdullazadə 2017/2018 mövsümündə - 15 yaşı olarkən Premyer Liqada debüt edib (14-cü tur, “Kəpəz” – “Sumqayıt” 0:3; 02.12.2017). Ölkə çempionatında ümumilikdə 79 oyun keçirən yarımmüdafiəçi 1 dəfə qol vurmağa da müvəffəq olub.

 

Qeyd edək ki, Səbuhi Abdullazadə U-15, U-16, U-17, U-19 və U-21 yığmalarının da uğurları üçün çalışıb.


Digər xəbərlər

Xəbər xətti