Dünyanın ən sevilən klublarının siyahısı açıqlanıb.
Sportarena.az xəbər verir ki, “Marca”nın azarkeşlər arasında apardığı səsvermənin nəticəsi gözlənilməz olub.
Ümumilikdə 402 409 nəfərin iştirak etdiyi sorğuda birinci yeri İran təmsilçisi “Persepolis” tutub. Adıçəkilən komanda respondentlərin 5,77 faiz səsini toplayıb. İkinci yerdə İspaniya “Real Madrid”i qərarlaşıb. İngiltərə klubu “Liverpul” ilk “üçlüy”ü tamamlayır.
Azarkeşlər ümumilikdə 28 kluba səs veriblər. Türkiyə təmsilçisi “Qalatasaray” 3,88 faiz səslə dünyanın ən sevilən 20-ci klubudur. Sonuncu pillədə isə Fransa PSJ-si yer alıb.
1. “Persepolis” (İran) – 5,77%
2. “Real Madrid” (İspaniya) – 4,90%
3. “Liverpul” (İngiltərə) – 4,68%
4. “Milan” (İtaliya) – 4,63%
5. “Ayaks” (Niderland) – 4,54%
6. “Mançester Yunayted” (İngiltərə) – 4,45%
7. “Portu” (Portuqaliya) – 4,35%
8. “Bavariya” (Almaniya) – 4,32%
9. “Benfika” (Portuqaliya) – 4,27%
10. “Yuventus” (İtaliya) – 4,26%
11. “Boka Xuniors” (Argentina) – 4,25%
12. “River Pleyt” (Argentina) – 4,24%
13. “Santos” (Braziliya) – 4,15%
14. “Flamenqo” (Braziliya) – 4,11%
15. “Palmeyras” (Braziliya) – 4,05%
16. “Penyarol” (Uruqvay) – 4,02%
17. “Barselona” (İspaniya) – 3,96%
18. “Los Anceles Qalaksi” (ABŞ) – 3,94%
19. “Kolo Kolo” (Çili) – 3,90%
20-21. “Qalatasaray” – 3,88%
20-21. “Styaua” (Rumıniya) – 3,88%
22-23. “Atletiko” (İspaniya) – 3,84%
22-23. “Amerika” (Meksika) – 3,84%
24. “Atletiko Nasional” (Uruqvay) – 3,71%
25. “Raca” (Mərakeş) – 3,61%
26. “Əl-Əhli” (Misir) – 3,55%
27. “Əl-Nəsr” (Səudiyyə Ərəbistanı) – 3,44%
28. PSJ (Fransa) – 3,33%