Futbol üzrə Almaniya 3-cü liqasında 27-ci turun oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Svikkau” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:0.
Nazarov da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 84-cü dəqiqədə əvəzlənib. Komandasının ilk qolunu da Dmitri vurub. O, 62-ci dəqiqədə fərqlənib.
“Ersgebirge” hazırda 36 xalla 20 kollektiv arasında 11-ci pillədə qərarlaşıb.