PSJ-nin hücumçusu Kilian Mbappe “Bayern”in futbolçusu Camal Musiala haqda danışıb.
Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, Paris təmsilçisinin hücumçusu onu “ən yaxşı oyunçu” adlandırıb.
Almaniyalı futbolçu cari mövsümdə Bundesliqa təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla 34 oyuna çıxıb, 15 qol vurub və 12 məhsuldar ötürmə edib.
Xatırladaq ki, PSJ UEFA Çempionlar Liqasının 1/8 finalında iki oyunun nəticəsinə əsasən, “Bayern”ə uduzub və mübarizəni dayandırıb.