Tanınmış baş məşqçi Azərbaycan millisindən çəkinir

11:14 15 Mart 2023

Avstriya yığmasının baş məşqçisi Ralf Ranqnik AVRO-2024-ün seçmə mərhələsindəki rəqiblərindən olan Azərbaycan millisindən çəkinir.

 

Sportarena.az xəbər verir ki, almaniyalı mütəxəssis federasiyanın rəsmi saytına açıqlamasında Canni De Byazinin rəhbərlik etdiyi komandaya qalib gəlməyin asan olmayacağını söyləyib.

 

65 yaşlı baş məşqçi bildirib ki, turnirə uğurlu başlamaq çox vacibdir: "Azərbaycan və Estoniya çətin rəqiblərdir. Qələbə qazanmaq üçün meydanda ən yaxşı oyunumuzu göstərməliyik. Xüsusilə Azərbaycanla matç üçün satışa çıxarılmış biletlər qısa zamanda satıldı. Əhval-ruhiyyəmiz yaxşıdır və hər iki qarşılaşmada qalib gələ biləcəyimizə əminik".

 

Qeyd edək ki, Avstriya yığması martın 24-də Azərbaycan, 27-də isə Estoniya millisini qəbul edəcək. Hər iki görüş Linz şəhərindəki “Raiffeisen Arena”da keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti