İngiltərənin “Mançester Yunayted” klubu futbolçusu Marsel Sabitzerin AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisi ilə oyun üçün Avstriya yığmasına çağırılmasından narazıdır.
Sportarena.az Britaniya mətbuatına istinadən xəbər verir ki, “qırmızı-şeytanlar” yarımmüdafiəçinin zədələnmə riskinin böyük olmasından narahatdır.
29 yaşlı pleymeyker klubunun son iki matçında iştirak ərizəsində yer almayıb. Baş məşqçi Erik Ten Haq bunun səbəbini açıqlamasa da, oyunçunun zədəli olması barədə məlumatlar yayılıb.
Müqavilə ilə Almaniya klubu “Bavariya”ya məxsus olan Marsel Sabitzer “Mançester Yunayted”də icarə əsasında çıxış edir.
Qeyd edək ki, Avstriya yığması AVRO-2024-ün seçmə mərhələsində ilk oyununu martın 24-də Linz şəhərində Azərbaycan millisinə qarşı keçirəcək.