Haland 94 illik qol rekordu qırdı

14:19 15 Mart 2023

Erlinq Haland İngiltərənin "Mançester Siti" klubunda 94 illik qol rekordunu qırıb.

 

Sportarena.az xəbər verir ki, 23 yaşlı hücumçu buna Almaniya "Leyptsiq"inə 7:0 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçında penta-trik etməklə nail olub.

 

Qollarının sayını 39-a çatdıran norveçli forvard "şəhərlilər"in heyətində bir mövsümdə ən çox fərqlənən futbolçu adına sahib çıxıb.

 

Haland 1928/1929 mövsümündə 38 dəfə rəqib qapılarına yol tapan Tommi Consonu geridə qoyub.

 

Qeyd edək ki, futbolçu mövsümün əvvəlindən "Mançester Siti"də çıxış edir.


Digər xəbərlər

Xəbər xətti