Nərgiz İsmayılova “Çağırış Kuboku”nun finalına təyinat alıb

14:38 15 Mart 2023

Azərbaycan Voleybol Federasiyası Regional İnkişaf Mərkəzinin rəhbəri Nərgiz İsmayılova kişi voleybolçular arasında “Çağırış Kuboku”nun final oyununa təyinat alıb.

 

Sportarena.az xəbər verir ki, Avropa Voleybol Konfederasiyasının (CEV) Avrokuboklar Komissiyasının üzvü Yunanıstanın “Olimpiakos” və İsrailin “Makkabi” (Təl-Əviv) klubları arasında keçiriləcək finalın cavab matçında supervayzer funksiyasını yerinə yetirəcək.

 

Bu gün Yunanıstanda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. İlk dueldə “Olimpiakos” 3:0 hesablı qələbə qazanıb.

 

CEV-in bu matç üçün təyinatına əsasən, İsmayılova görüşün hakimləri serbiyalı Predraq Balandziç və polşalı Maqdalena Nivarovskanın işinə qiymət verəcək.


Digər xəbərlər

Xəbər xətti