Lider üç xalı 3 qolla aldı

16:53 15 Mart 2023

Birinci divizionda 21-ci tura start verilib.

 

Sportarena.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.

 

“Mingəçevir” – “Kəpəz-2” matçında qalib müəyyənləşməyib. “Neftçi-2” “Qarabağ-2” ilə oyunda darmadağına imza atıb. “Səbail-2” isə “İmişli” üzərində inamlı qələbəyə sevinib. “Qaradağ Lökbatan” da “Şamaxı-2” ilə oyunda məğlubiyətlə üzləşib.

 

İkinci oyun günündə “Sumqayıt”ın əvəzediciləri evdə MOİK-ə uduzub. “Qəbələ” və “Turan Tovuz”un əvəzedici komandalarının oyununda isə meydan sahibləri qələbə qazanıblar.

 

Lider “Araz Naxçıvan” doğma meydanda “Zirə”nin əvəzedici komandası ilə qarşılaşıb. Naxçıvan təmsilçisi bu oyunda darmadağına sevinib.

 

Birinci divizion

21-ci tur

15 mart

Araz Naxçıvan – Zirə-2 3:0

Qol: De Saboa İv Lüsyen, 29. Orxan Əliyev, 60. Fərid Kərimzadə, 86.

Hakimlər: Şamil İmanzadə, Vüqar Bayramov, Asif Abdullayev, Murad Səlimov

Hakim-inspektor: Orxan Məmmədov

AFFA nümayəndəsi: Elman Musayev
Naxçıvan Muxtar Respublika stadionu, 15:00.


Xəbər xətti