Qadın boksçular arası dünya çempionatı: Azərbaycanlı boksçuların ilk rəqibləri bəlli oldu

18:27 15 Mart 2023

Hindistanın paytaxtı Yeni Dehlidə qadın boksçular arasında keçiriləcək dünya çempionatının püşkü atılıb.

 

Sportarena.az xəbər verir ki, püşkə əsasən Azərbaycan millisinin idmançılarının da ilk rəqibləri bəlli olub.

 

Boksçularımızdan ilk olaraq Anaxanım İsmayılova və Zeynəb Rəhimova mübarizəyə qoşulacaqlar.

 

Dünya çempionatı

1/32 final

16 mart

Anaxanım İsmayılova (50 kq) – Zarin Nixad (Hindistan)

Zeynəb Rəhimova (54 kq) – Lethokule Sibisi (CAR)

 

1/16 final

18 mart

Günel Rəhimova (48 kq) – Snejana Silykoviç (Serbiya)

Şəhla Allahverdiyeva (66 kq) – Mariya Ernandes (Dominikan Respublikası)

 

19 mart

Məhsəti Həmzəyeva (57 kq) – Cennifer Peters (Yeni Zelandiya)

 

22 mart

1/4 final

Aynur Rzayeva (+81 kq) – Angel Corc Eyed (Trinidad və Tobaqo)/Kelin Li-Lo (Yeni Zelandiya)

 

Qeyd edək ki, 2.4 milyon ABŞ dolları mükafat fondu olan mundialın final döyüşləri martın 25-də və 26-da keçiriləcək. 65 ölkədən 300-dən artıq boksçunun qatıldığı yarışın qalibi 100, finalçısı 50, bürünc medalçısı 25 min dollar qazanacaq.


Digər xəbərlər

Xəbər xətti