"Beşiktaş" yay transfer pəncərəsi zamanı müdafiə xəttini yeni futbolçu ilə gücləndirmək istəyir.
Sportarena.az xəbər verir ki, "qara qartallar" əzəli rəqibi olan "Fənərbaxça"nın futbolçusu Serdar Azizin xidmətində maraqlıdır. Bu barədə "Takvim" nəşri məlumat yayıb. "Beşiktaş" 32 yaşlı mərkəz müdafiəçisi üçün yayda "sarı-lacivərtlilər"ə təklif göndərəcək.
Qeyd edək ki, Serdar Aziz "Fənərbaxça"ya 2019-cu ilin yanvar ayında "Qalatasaray"dan keçib. Təcrübəli oyunçu cari mövsümdə komandanın heyətində 17 rəsmi matçda meydana çıxıb.