Qurban Qurbanov: "İlk 2 qoldan sonra oynamaq daha rahat oldu"

20:42 15 Mart 2023

"Bizim üçün vacib matç idi. Həm yaxşı oyun göstərmək, həm də 3 xal əldə etmək istəyirdik. Hər şey düşündüyümüz kimi alındı. İlk 2 qoldan sonra oynamaq daha rahat oldu".

 

Sportarena.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səfərdə "Sumqayıt"a 6:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXVII tur oyunundan sonra mətbuat konfransında deyib.


Digər xəbərlər

Xəbər xətti