"Mançester Yunayted" fransalı forvard üçün 120 milyon avro

21:58 15 Mart 2023

İngiltərənin "Mançester Yunayted" klubu hücum xəttini yeni futbolçu ilə gücləndirəcək.

 

Sportarena.az xəbər verir ki, "qırmızı şeytanlar"ın əsas hədəfi "Ayntraxt"da çıxış edən Randal Kolo Muanidir. Premyer Liqa klubu 24 yaşlı forvard üçün Frankfurt təmsilçisinə 120 milyon avroluq təklif göndərəcək. Almanların bu təklifi qəbul edəcəyi gözlənilir.

 

Qeyd edək ki, "Ayntraxt" Randal Kolo Muanini mövsümün əvvəlində "Nant"dan transfer edib. Fransa millisinin üzvü Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 34 matçda 16 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.


Xəbər xətti