Təxirə salınmış oyunlarda “Brentford”la “Brayton” qalib gəldi

10:40 16 Mart 2023

İngiltərə Premyer Liqasında əvvəlki turlardan təxirə salınmış oyunlar keçirilib.

 

Sportarena.az xəbər verir ki, bu gün iki belə qarşılaşma baş tutub.

 

“Brayton” doğma meydanda “Kristal Pelas”a, “Brentford” isə səfərdə “Sauthempton”a qalib gəlib.

 

Bu nəticələrdən sonra “Brayton” 42 xalla 7-ci, “Brentford” 41 xalla 8-ci pillədə qərarlaşıb. “Kristal Pelas” 27 xalla 12-cidirsə, “Sauthempton” 22 xalla sonuncudur.

 

İngiltərə Premyer Liqası

15 mart

7-ci turun oyunu

Sauthempton – Brentford 0:2

Qol: Touni, 32. Vissa, 90+7.

 

8-ci turun oyunu

Brayton – Kristal Pelas 1:0

Qol: Mark, 15.


Digər xəbərlər

Xəbər xətti