“Napoli”nin baş məşqçisi Luçano Spaletti UEFA Çempionlar Liqasının 1/8 finalının “Ayntraxt”la cavab görüşünü (3:0) dəyərləndirib.
Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, o, rəqibin ilk dəqiqələrdə yaxşı hücum etdiyini deyib:
“Asan olmadı, lakin hamılıqla tarixi hədəfi gerçəkləşdirə bildik. İlk dəqiqələrdə rəqib yaxşı hücumlar etdi. Futbolçularımda komanda oyunu yox idi, çünki “Ayntraxt” çox təzyiq edirdi. İkinci hissədə yaxşı quraşdırılmış mexanizm kimi çıxış etdik”.