Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun futbolçusu Kriştiano Ronaldo Almaniyada 2024-cü ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsinin matçları üçün Portuqaliya yığmasına çağırılacaq.
Sportarena.az “The Athletic”-ə istinadən xəbər verir ki, 38 yaşlı Ronaldo Portuqaliya millisinin martın 23-də və 26-da Lixtenşteynlə Lüksemburqa qarşı keçiriləcək oyunların iştirak ərizəsinə daxil ediləcək.
Yeri gəlmişkən, bu görüşlər Roberto Martines üçün Portuqaliya millisinin çalışdırıcısı kimi ilk olacaq.
Ronaldonun Portuqaliya yığması ilə son oyunu 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının 1/4 finalında Mərakeşə qarşı (0:1) olub.