UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.
Sportarena.az xəbər verir ki, bu ada Niderlandın "Feyenoord" klubundan Orkun Kökçü, İngiltərə "Mançester Yunayted"indən Kasemiro, Portuqaliya "Sportinq"inin qapıçısı Antonio Adan və Belçikanın "Yunion" komandasından Lazare Amani iddia edir.
Konfrans Liqasında isə Belçika "Gent"indən Gift Emmanuel Orban, Niderlandın AZ komandasından Yesper Karlsson, Belçika "Anderlext"indən Bart Verbruggen və İngiltərənin "Vest Hem" klubundan Carrod Bouen namizəddir.
Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə bəlli olacaq.