İsveçli futbolçu Azərbaycan millisi ilə oyun ərəfəsində zədələnib

13:21 17 Mart 2023

AVRO-2024-ün seçmə mərhələsində Belçika və Azərbaycan yığmaları ilə qarşılaşacaq İsveç millisinin bir futbolçusu zədələnib.

 

Sportarena.az yerli mətbuata istinadən xəbər verir ki, müdafiəçi Karl Starfelt sıradan çıxıb.

 

28 yaşlı mərkəz müdafiəçisi Şotlandiya klubu “Seltik”in heyətində ölkə kubokunun 1/4 final mərhələsində “Harts”la qarşılaşmada zədələnib. “Seltik”in 3:0 hesablı qələbə qazandığı qarşılaşmanın fasiləsindən sonra meydana çıxmayan Starfelt buna baxmayaraq, İsveç yığmasına dəvət edilib.

 

Skandinaviya təmsilçisinin baş məşqçisi Yanne Andersson müdafiəçinin zədələnməsindən xəbərdar olduğunu bildirib:

“Starfeltin zədəsi elə də ciddi deyil. Ancaq yenə də durumunu məşqlərdə bir daha görəcəyik”.

 

Qeyd edək ki, İsveç millisi martın 24-də Belçika, 27-də isə Azərbaycan yığmasını Solnada qəbul edəcək.


Digər xəbərlər

Xəbər xətti