Markus Reşford İngiltərə futbolunun və “Mançester Yunayted”in tarixinə düşüb

12:34 - 17 Mart 2023 - İngiltərə

İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Markus Reşford həm komandasının, həm də İngiltərənin tarixinə düşüb.

 

Sportarena.az xəbər verir ki, o, avrokuboklarda 25 qol vuran ən gənc ingiltərəli oyunçu rekordunu yeniləyib.

 

Bu, Avropa Liqasının 1/8 final mərhələsində İspaniya təmsilçisi “Betis”lə cavab oyununa təsadüf edib. Qarşılaşmada yeganə qolun müəllifi olan 25 yaşlı hücumçu, eyni zamanda, “qırmızı şeytanlar”ın Avropa arenasında bu qədər qol həddinə ən gənc yaşda çatma rekordunu ələ keçirib.

 

Qeyd edək ki, “Betis”i hər iki oyunda məğlub edən “Mançester Yunayted” (4:1, 1:0) turnirin 1/4 final mərhələsinə yüksəlib.

XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin