Mikel Arteta: “Bu, böyük zərbədir”

14:44 17 Mart 2023

“Arsenal”ın baş məşqçisi Mikel Arteta UEFA Avropa Liqasının 1/8 finalının “Sportinq”lə cavab matçını (1:1, penaltilər – 3:5) şərh edib.

 

Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, o, futbolçularının rəqibə təzyiq göstərə bilmədiyini deyib:

“Bu, böyük zərbədir. Xüsusilə, ilk 75 dəqiqə ərzində aşağı səviyyədə oynadıq. Top uğrunda mübarizələrdə uduzurduq.

Cavab matçı ilk oyundan daha fərqli keçdi. Rəqib orta xətti yaxşı bağlamışdı. Biz kifayət qədər təzyiq göstərə bilmədik”.

 

İki oyunun nəticəsinə əsasən, “topçular” Portuqaliya klubuna penaltilər seriyasında uduzub (3:3, penaltilər – 3:5) və turnirlə vidalaşıb.


Xəbər xətti