Çempionlar Liqası: 1/4 və yarımfinal mərhələsinin püşkü atılıb

15:16 17 Mart 2023

Bu gün UEFA Çempionlar Liqasının 1/4 və yarımfinal mərhələsinin püşkü atılıb.

 

Sportarena.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən və saat 15:00-da başlayan püşkatmada ÇL-də yoluna davam edən komandalar rəqiblərini tanıyıb.

 

Çempionlar Liqası, 1/4 final

Real (Madrid, İspaniya) – Çelsi (İngiltərə)

İnter (İtaliya) – Benfika (Portuqaliya)

Mançester Siti (İngiltərə) – Bayern (Almaniya)

Milan (İtaliya) – Napoli (İtaliya)

 

Yarımfinal

  1. İnter – Benfika / Milan – Napoli
  2. Real – Çelsi / Mançester Siti – Bayern

 

Final

2-ci cütün qalibi – 1-ci cütün qalibi

 

Qeyd edək ki, 1/4 final mərhələsinin ilk oyunları aprelin 11-12-də, cavab görüşləri 18-19-da keçiriləcək. Yarımfinal qarşılaşmaları 9-10 və 16-17 may tarixlərində oynanılacaq. Çempionlar Liqasının finalı isə iyunun 10-da İstanbuldakı Atatürk Olimpiya Stadionunda olacaq.


Digər xəbərlər

Xəbər xətti