“Napoli” rəsmisindən klubun 3 aparıcı futbolçusu haqda açıqlama

16:51 - 17 Mart 2023 - İtaliya

“Napoli”nin idman direktoru Kristiano Gintoli neapolluların liderlərinə mümkün yeni müqavilə təklifini şərh edib.

 

Sportarena.az İtaliya mətbuatına istinadən xəbər verir ki, klub rəsmisi “Napoli”nin üç aparıcı futbolçusu ilə uzunmüddətli müqavilələrinin olduğunu xatırladıb:

“Viktor Osimhen, Xviça Kvaratsxeliya və Kim Min Jaenin müqavilələri yenilənəcək? Onların uzunmüddətli müqavilələri var, biz tələsmirik. Gəlin bunu bu yay edək”.

 

“Napoli” Çempionlar Liqasının 1/8 mərhələsinin cavab oyununda “Ayntraxt”a (Frankfurt”) qalib gələrək (3:0) turnirin 1/4 finalına yüksəlib. Bundan başqa, Luçano Spalettinin komandası 26 turdan sonra 68 xalla İtaliya A Seriyasında turnir cədvəlinə başçılıq edir.

XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin