Avropa Konfrans Liqasında 1/8 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı oyunçusu bəlli olub.
Sportarena.az xəbər verir ki, bu ada “Gent”in (Belçika) hücumçusu Gift Emmanuel Orban layiq görülüb.
Nigeriyadan olan 23 yaşlı forvard “Başakşəhər”ə (Türkiyə) 4:1 hesabıyla qalib gəldikləri səfər matçında het-trikə imza atıb.
Konfrans Liqasında həftənin ən yaxşısı adına Yesper Karlsson (“Alkmaar”, Niderland), Bart Verbruggen (“Anderlext”, Belçika) və Carrod Bouen (“Vest Hem”, İngiltərə) də namizəd idi.