Avropa Liqası: Həftənin futbolçusu 35 yaşlı qapıçı seçildi

21:29 17 Mart 2023

Avropa Liqasında 1/8 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı oyunçusu bəlli olub.

 

Sportarena.az xəbər verir ki, bu ada “Sportinq”in (Portuqaliya) qapıçısı Antonio Adan layiq görülüb.

 

Portuqaliyadan olan 35 yaşlı qolkiper London “Arsenal”ına (Almaniya) qarşı keçirdikləri oyunda (1:1, penaltilər 5:3) 7 seyvlə diqqət mərkəzinə düşüb.

 

Avroliqada həftənin ən yaxşısı oyunçusu adına Orkun Kökçü (“Feyenoord”, Niderland), Kazemiro (“Mançester Yunayted”, İngiltərə) və Lazare Amani (“Yunion”, Belçika) də namizəd idi.


Digər xəbərlər

Xəbər xətti