“Arsenal”ın iki futbolçusu sıradan çıxdı

22:55 - 17 Mart 2023 - İngiltərə

Avropa Liqasının 1/8 finalında Portuqaliyanın “Sportinq” klubuna penaltilərlə uduzaraq mübarizəni dayandıran London “Arsenal”ı bu oyunda iki futbolçusunu da itirib.

 

Sportarena.az xəbər verir ki, İngiltərə klubunun heyətində Takehiro Tomiyasu və Vilyam Saliba matçın əvvəlindəcə sıradan çıxıblar.

 

Zədələnən Tomiyasu 9-cu, Saliba isə 21-ci dəqiqədə əvəzlənmək məcburiyyətində qalıb.

 

Hələlik onların zədəsinin nə dərəcədə ciddi olduğu bilinmir. Hər iki futbolçunun durumuna ətraflı müayinələrdən sonra aydınlıq gələcək.

XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin