Mahirli “Konyaspor” “Qalatasaray”a "dur" dedi

23:26 17 Mart 2023

Türkiyə Super Liqasında 26-cı tura start verilib.

 

Sportarena.az xəbər verir ki, turun açılış matçında Mahir Emrelinin formasını geyindiyi “Konyaspor” doğma meydanda lider “Qalatasaray”la qarşılaşıb.

 

Üç qolun qeydə alındığı oyunda meydan sahibəri əzmkar qələbəyə seviniblər. Beləcə, “Konyaspor” uğurlu seriyaya malik “Qalatasaray”ı dayandırmağı bacarıb.

 

Emreli bu oyuna start heyətdə başlayıb. 15-ci dəqiqədə sarı vərəqə ilə cəzalanan milli üzvü 79-cu dəqiqədə əvəzlənib.

 

Türkiyə Super Liqası

26-cı tur

17 mart

Konyaspor – Qalatasaray 2:1

Qol: S.Dikmen, 62. O.Ülgün, 90+3 – M.Raşiça, 31.


Digər xəbərlər

Xəbər xətti