Roberto Martinezin rəhbərlik etdiyi Portuqaliya millisinin məşqçilər korpusu AVRO-2024-ün seçmə mərhələsində Lixtenşteyn və Lüksemburqla keçiriləcək oyunlar üçün heyəti açıqlayıb.
Sportarena.az xəbər verir ki, Martinez Səudiyyə Ərəbistanında karyerasını davam etdirən Kriştiano Ronaldonu da milliyə dəvət edib.
Qapıçılar: Dioqo Kosta (“Porto”), Xose Sa (“Vulverhempton”) və Rui Patrisiu (“Roma”);
Müdafiəçilər: Dioqo Dalot (“Mançester Yunayted”), Joao Kanselo (“Mançester Siti”), Danilo (PSJ), Pepe (Portu), Ruben Dias (“Mançester Siti”), Antonio Silva (“Benfika”), Qonkalo İnasio (“Sportinq”), Dioqo Leite (“Union Berlin”) ), Nuno Mendes (PSJ) və Rafael Qerreyro (“Borussiya” ,Dortmund);
Yarımmüdafiəçilər: Palinya (“Fulhem”), Ruben Neves (“Vulverhempton”), Bernardo Silva (“Mançester Siti”), Bruno Fernandes (“Mançester Yunayted”), Joao Mario (“Benfika”), Matey Nunes (“Vulverhempton”), Otavio (“Porto”) və Vitinya (PSJ);
Hücumçular: Kriştiano Ronaldo (“Əl Nəsr”), Qonsalo Ramos (“Benfika”), Joao Feliks (“Çelsi”), Rafael Leao (“Milan”) və Dioqo Jota (“Liverpul”)