Mustafayevli “Aleksandriya”dan daha bir heç-heçə

11:25 - 18 Mart 2023 - Boks

Ukrayna Premyer Liqasında 18-ci turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Emil Musatafayevin formasını geyindiyi “Aleksandriya” da növbəti matçına çıxıb.

 

Sözügedən kollektiv Xarkov “Metalist”ini qəbul edib. Futbolçumuzun komandası bu görüşdən heç-heçə ilə ayrılıb – 0:0.

 

Mustafayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 74-cü dəqiqədə əvəzlənib.

 

“Aleksandriya” hazırda 28 xalla 16 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.

XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin