“Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandes bu mövsüm oynadığı dəqiqələrə görə Avropanın TOP-5 liqalarının lideridir.
Sportarena.az xəbər verir ki, 28 yaşlı portuqaliyalı futbolçu bu mövsüm bütün yarışlarda 43 oyun keçirib, 4320 dəqiqə meydanda olub. Fernandes 8 qol vurub, 12 məhsuldar ötürmə edib.
Fernandesdən başqa, oynadığı dəqiqələrə görə ilk 5-liyə “Tottenhem”in hücumçusu Harri Keyn (3895), “Real”ın vingeri Vinisius Junior (3891), “Çelsi”nin yarımmüdafiəçisi Enzo Fernandes (3791) və “Liverpul”un qapıçısı Alisson (3770) da daxildir.
Bruno Fernandes 2020-ci ilin yanvarından “Mançester Yunayted”də çıxış edir.