Fernandes bu göstəricidə hamını qabaqlayır

11:46 - 18 Mart 2023 - İngiltərə

“Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandes bu mövsüm oynadığı dəqiqələrə görə Avropanın TOP-5 liqalarının lideridir.

 

Sportarena.az xəbər verir ki, 28 yaşlı portuqaliyalı futbolçu bu mövsüm bütün yarışlarda 43 oyun keçirib, 4320 dəqiqə meydanda olub. Fernandes 8 qol vurub, 12 məhsuldar ötürmə edib.

 

Fernandesdən başqa, oynadığı dəqiqələrə görə ilk 5-liyə “Tottenhem”in hücumçusu Harri Keyn (3895), “Real”ın vingeri Vinisius Junior (3891), “Çelsi”nin yarımmüdafiəçisi Enzo Fernandes (3791) və “Liverpul”un qapıçısı Alisson (3770) da daxildir.

 

Bruno Fernandes 2020-ci ilin yanvarından “Mançester Yunayted”də çıxış edir.

XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin