Mahir Emreli: "Qalatasaray"la oyunda bunu sübut etdik"

13:15 18 Mart 2023

"İnanmaq uğurun yarısıdır deyirlər. Sübut etdik".

 

Sportarena.az xəbər verir ki, bunu "Konyaspor" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli Türkiyə Super Liqasının XXVI turunda "Qalatasaray"a qalib gəldikləri matçdan sonra paylaşımında bildirib.

 

26 yaşlı hücumçu qələbə münasibəti ilə komandasını təbrik edib.

 

Qeyd edək ki, qarşılaşma "Konyaspor"un 2:1 hesablı qələbəsi ilə bitib. Matça start heyətində başlayan Emreli 79-cu dəqiqədə Oğulcan Ülgünlə əvəzlənib.


Xəbər xətti