Qarabağ” tarixi rekorda şərik çıxdı

13:43 18 Mart 2023

“Qarabağ” Azərbaycan Premyer Liqasının 27-ci turunda “Sumqayıt”ı məğlub edib (6:0).

 

Sportarena.az xəbər verir ki, həmin matç Ağdam təmsilçisi üçün əlamətdar olub. Qurban Qurbanovun yetirmələrinin səfər matçlarındakı məğlubiyyətsizlik seriyası 23-ə çatıb.

 

Ağdam təmsilçisi 2022/23 mövsümündə rəqib meydanındakı 14 matçda uduzmayıb. Ötən mövsümün son 9 səfərində də xalsız qalmayan “köhlən atlar” sonuncu dəfə 2021-ci il oktyabrın 25-də “Səbail”lə oyunda uduzub (1:3). Rəqib meydanında keçirilən son 23 qarşılaşmada 19 qələbəsi olan “Qarabağ” 4 dəfə “sülh”ə razılaşıb.

 

Nəticədə, Azərbaycan çempionatları tarixinin rekordu təkrarlanıb. Öncədən 1999-2001-ci illərdə ardıcıl 23 səfər oyunundan məğlubiyyətsiz ayrılan “Şəmkir” mütləq rekordçu idi. “Qarabağ” bu göstəricini 22 ildən sonra təkrarlamağa nail olub. Ağdamlılar növbəti səfər qarşılaşmasında yeni rekord müəyyənləşdirə bilər.


Digər xəbərlər

Xəbər xətti