“Sabah”dan 50-ci qələbə

14:47 18 Mart 2023

“Sabah” Azərbaycan Premyer Liqasının 27-ci turunda “Zirə”ni məğlub edib (2:0).

 

Sportarena.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, həmin matçda qələbə qazanan Bakı klubu ölkə çempionatında 50-ci qələbəsini rəsmiləşdirib. Paytaxt təmsilçisi 131-ci qarşılaşmada “50”yə çatıb.

 

“Sabah” ölkə çempionatları tarixində ən azı 50 dəfə qalib gələn 24-cü komanda olub. Bu, həm də 25-ci səfər qələbəsi kimi tarixə düşüb. “Sabah” rəqib meydanında 66 dəfə qüvvəsini sınayıb.

 

Premyer Liqada ilk qələbə 2018-ci il avqustun 12-də qeydə alınıb. Həmin gün “Sabah” səfərdə “Şamaxı”nı məğlub edib (1:0).


Digər xəbərlər

Xəbər xətti