Ömər Buludovun100-cü oyunu

15:09 - 18 Mart 2023 - Premyer Liqa

“Neftçi” Azərbaycan Premyer Liqasının 27-ci turunda “Kəpəz”lə qarşılaşıb (2:2).

 

Sportarena.az xəbər verir ki, həmin qarşılaşma “ağ-qaralar”ın futbolçusu Ömər Buludov üçün əlamətdar olub. 25 yaşlı müdafiəçi ölkə çempionatlarında 100-cü oyununu keçirib.

 

Buludov Premyer Liqada yalnız paytaxt təmsilçisində çıxış etdiyi üçün 100 qarşılaşmanı da burada keçirib. Onun aktivində dörd qol var.

 

Ömər Buludovun çempionatda debütü 2017/18 mövsümündə reallaşıb. O, 2017-ci il noyabrın 25-də “Şamaxı” ilə ev oyununda (3:1) şans qazanıb.

XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin