“Atletiko”nun yarımmüdafiəçisi Rodriqo de Paul PSJ-nin hücumçusu Lionel Messiyə Madrid klubuna keçməyi təklif edib.
Sportarena.az “El Larguero”-ya istinadən xəbər verir ki, o, Argentina millisindəki komanda yoldaşı haqda bunları deyib:
“Messi PSJ ilə müqaviləsinin yenilənməsinə şübhə ilə yanaşır? O, “Atletiko”ya gəlməlidir”.
35 yaşlı forvard 2021-ci ilin yayından PSJ-də çıxış edir. Onun klubla sözləşməsi cari mövsümün sonunda başa çatacaq.
Messi PSJ-nin heyətində 2022/23 mövsümündə 22 oyuna çıxıb, 13 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.