Həmyerlisi Messiyə “Atletiko”nu təklif etdi

15:44 18 Mart 2023

“Atletiko”nun yarımmüdafiəçisi Rodriqo de Paul PSJ-nin hücumçusu Lionel Messiyə Madrid klubuna keçməyi təklif edib.

 

Sportarena.az “El Larguero”-ya istinadən xəbər verir ki, o, Argentina millisindəki komanda yoldaşı haqda bunları deyib:

“Messi PSJ ilə müqaviləsinin yenilənməsinə şübhə ilə yanaşır? O, “Atletiko”ya gəlməlidir”.

 

35 yaşlı forvard 2021-ci ilin yayından PSJ-də çıxış edir. Onun klubla sözləşməsi cari mövsümün sonunda başa çatacaq.

 

Messi PSJ-nin heyətində 2022/23 mövsümündə 22 oyuna çıxıb, 13 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.


Digər xəbərlər

Xəbər xətti