Argentinalı müdafiəçi Lisandro Martines “Mançester Yunayted”in azarkeşləri haqda danışıb.
Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, o, “qırmızı şeytanlar”ın fanatları ilə yaxın münasibətlərinin olduğunu deyib:
“Hər bir futbolçunun istəyi ürəklə oynamaqdır. Azarkeşlərimizlə yaxın münasibətimiz var. Onların mənim barəmdə danışdığını eşidəndə çox təsirləndim. “Mançester Yunayted”də oynamaq arzum idi”.
Martines cari mövsümdə Mançester təmsilçisinin heyətində 24 oyuna çıxıb və 1 qol vurub.