Zəlzələdə ölən futbolçunun vida mərasiminə ölkə prezidenti də qatıldı

16:49 - 18 Mart 2023 - Xarici

Türkiyədə baş verən silsiləsi zəlzələlər nəticəsində vəfat edən “Hatayspor”un keçmiş futbolçusu Kristian Atsu ilə Qananın paytaxtı Akrada vida mərasimi keçirilib.

 

Sportarena.az BBC-yə istinadən xəbər verir ki, mərasimdə futbolçunun yaxınları ilə yanaşı, Qananın prezidenti Nana Akufo-Addo, millinin baş məşqçisi Kris Huyton, yarımmüdafiəçinin keçmiş komanda yoldaşları və azarkeşlər iştirak edib. Atsu Qananın Ada şəhərində dəfn edilib.

 

Xatırladaq ki, futbolçunun cansız bədəni 12 gün sonra – fevralın 18-də dağıntılar altından çıxarılıb.

 

Kristian Atsu karyerası ərzində Portuqaliyanın “Portu”, İngiltərənin “Çelsi”, “Everton” və “Nyukasl” klublarında forma geyinib. O, Qana milli komandasının heyətində 60 oyuna çıxıb və 10 qol vurub.

XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin