“Hamımız yeni Mbappelər, Messilər yaratmaq istəyirik, amma…”

17:11 18 Mart 2023

İngiltərənin “Arsenal” klubunun sabiq baş məşqçisi Arsen Venger maraqlı açıqlama verib.

 

Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, o, futbolçu olmaq istəyən uşaqların bu istiqamətdə təhsil almalı olduqlarını diqqətə çatdırıb:

“Cəmiyyət hər bir istedadlı uşağın futbol təhsili almaq şansını təmin etməyə borcludur. Hamımız yeni Kilian Mbappelər, Lionel Messilər yaratmaq istəyirik, amma dərk etməliyik ki, dünyada hər bir uşağa şans vermək lazımdır”.

 

Xatırladaq ki, 73 yaşlı Arsen Venger hazırda FİFA-nın Qlobal Futbolun İnkişafı departamentinin rəhbəri vəzifəsində çalışır.


Digər xəbərlər

Xəbər xətti