"Real Madrid" "Çelsi"nin hücumçusunu transfer edə bilər

17:48 - 18 Mart 2023 - İspaniya

İtaliya "İnter"ində çıxış edən Romelu Lukaku karyerasını İspaniyada davam etdirə bilər.

 

Sportarena.az "The Sun" nəşrinə istinadən xəbər verir ki, "Real Madrid" 30 yaşlı hücumçu ilə maraqlanır.

 

Paytaxt təmsilçisinin baş məşqçisi Karlo Ançelotti belçikalı forvardı komandasında görmək istəyir.

 

Qeyd edək ki, müqavilə ilə İngiltərənin "Çelsi" klubuna məxsus olan Lukaku icarə əsasında "İnter"in formasını geyinir.

XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin