Tanınmış futbolçunun Belçika millisinə çağırılmamasının səbəbi açıqlanıb

18:10 18 Mart 2023

Belçika yığmasının baş məşqçisi Domeniko Tedesko İspaniyanın "Atletiko" (Madrid) klubunda çıxış edən Aksel Vitselin milliyə çağırılmamasının səbəbini açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, gənc mütəxəssis yarımmüdafiə mövqeyində çoxlu futbolçusunun olduğunu söyləyib.

 

Tedesko oyunçunun yaşı ilə əlaqədar heyətdən kənarda qalmadığını vurğulayıb: "Yan Vertongen 35 yaşında oynayacaq. Bir neçə həftə əvvəl Madriddə Vitseli ziyarət etdim və dünən qərarımı ona bildirdim. Çox çətin idi. Ümid edirəm ki, yığmadakı karyerasını bitirməyəcək. Hazırkı seçimimiz yalnız iki görüş üçün nəzərdə tutulub. Heç kimə qapı bağlı deyil. İyunda hər şey yenidən başlayacaq. Onun səviyyəsi danılmazdır. Vitselin növbəti dəfə millidə oynayacağına inanıram".

 

Qeyd edək ki, AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Belçika seçməsi martın 24-də İsveçin qonağı olacaq. Komanda 4 gün sonra səfərdə Almaniya kollektivi ilə yoldaşlıq görüşü keçirəcək.


Digər xəbərlər

Xəbər xətti