Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliçin müqaviləsinin müddəti uzadılıb.
Sportarena.az xəbər verir ki, bu barədə Xorvatiya Futbol Federasiyası məlumat yayıb.
57 yaşlı mütəxəssisin yeni sözləşməsi 2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsinin sonunadək nəzərdə tutulub. Onun əvvəlki müqaviləsi 2024-cü ildə başa çatmalı idi.
Qeyd edək ki, Zlatko Daliç 2017-ci ildən yığmanın sükanı arxasındadır. Komanda onun rəhbərliyi altında DÇ-2018-də gümüş, DÇ-2022-də bürünc medal qazanıb.