Türkiyənin "Fənərbaxça" klubunun heyətində ciddi itki baş verib.
Sportarena.az xəbər verir ki, İstanbul təmsilçisinin hücumçusu Mişi Batşuayi sıradan çıxıb. Avropa Liqası 1/8 final mərhələsinin "Sevilya" ilə cavab matçında (1:0) zədələnən belçikalı hücumçunun durumu bəlli olub. Əzələsində yırtıq aşkarlanan 30 yaşlı forvard 4-6 həftə arası yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, "Fənərbaxça" Mişi Batşuayini mövsümün əvvəlində "Çelsi"dən transfer edib. Təcrübəli futbolçu komandanın heyətində meydana çıxdığı 25 rəsmi matçda 15 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.