“Fənərbaxça”da yeni müqavilə

22:53 - 18 Mart 2023 - Türkiyə

“Fənərbaxça” qapıçısı Altay Bayındırla yeni müqavilə bağlayıb.

 

Sportarena.az xəbər verir ki, tərəflər arasındakı yeni sözləşmə 2026/27 mövsümünün sonuna qədər nəzərdə tutulub.

 

Bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

 

Altay 2019-cu ildə “Ankaragücü” klubundan “Fənərbaxça”ya gəlib. 24 yaşlı qolkiper İstanbul təmsilçisində 137 oyuna çıxıb. Bu komandanın kapitanı olan futbolçu Türkiyə millisinə də dəvət alır.

XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin