75 yaşlı məşqçi Premyer Liqaya qayıdır

23:46 - 18 Mart 2023 - İngiltərə

İngiltərənin "Kristal Pelas" klubunun yeni baş məşqçisi müəyyənləşib.

 

Sportarena.az yerli mətbuata istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisini Roy Hocson çalışdıracaq. 75 yaşlı mütəxəssisin təyinatının yaxın zamanda açıqlanacağı gözlənilir.

 

"Kristal Pelas" dünən Partik Vieyranı baş məşqçi postundan istefaya göndərib.

 

Qeyd edək ki, Roy Hocson son olaraq "Uotford"u çalışdırıb. O, ötən ilin yanvar ayından işsizdir.

XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin