"Qarabağ" - "Qalatasaray" oyununun hakimləri müəyyənləşib

00:29 19 Mart 2023

Martın 26-da Bakı Olimpiya Stadionunda Qarabağ”la Türkiyənin “Qalatasaray” klubları arasında xeyriyyə məqsədilə keçiriləcək yoldaşlıq oyununun hakimləri müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, saat 20:00-da başlayacaq qarşılaşmanın baş hakimi FIFA referisi Əliyar Ağayev olacaq.

 

Ona Zeynal Zeynalov və Akif Əmrəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək.

 

Oyunun VAR hakimləri Cavid Cəlilov və Müslüm Əliyev olacaq.


Digər xəbərlər

Xəbər xətti